Yuxarı

​BMT-nin İşçi Qrupu "Wikileaks"in qurucusu haqda mövqeyini açıqlayıb

İsveç və Böyük Britaniya hökuməti Culian Assanjakompensasiya ödəməlidir

Bakı. 5 fevral. REPORT.AZ/ BMT-nin İşçi Qrupu "Wikileaks"in qurucusu Culian Assanjın azadlıqdan məhrum edilməsinin qanunsuz olduğunu açıqlayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin C.Assanjın məsələsini müzakirə edən İşçi Qrupu bildirib.

Qərarda o da vurğulanıb ki, İsveç qanunsuz olaraq axtarışa verdiyinə, Böyük Britaniya hökuməti isə C.Assanjı həbs edərək rəsmi Stokholma ekstradisiya etmək istəməsinə görə "Wikileaks"in qurucusu kompensasiya ödəməlidir. 

Yeri gəlmişkən, BMT-nin bu qərarı tövsiyyə xarakteri daşıyır.

Qeyd edək ki, C.Assanj BMT-yə məktub ünvanlamışdı. O bildirmişdi ki, şikayətini araşdıran BMT-nin İşçi Qrupu onun əleyhinə qərar çıxaracağı təqdirdə polisə təslim olacaq.

BMT-nin İşçi Qrupunun qərarından öncə "Wikileaks" qurucusu adından yayılan bəyanatda deyilirdi: " BMT Böyük Britaniya və İsveçə qarşı qaldırdığım işi uduzduğumu açıqlasa, cümə günü günorta səfirlikdən çıxıb, Britaniya polisinə təslim olacağam. Çünki bundan sonra şikayət etməyin perspektivi də olmayacaq. Amma mən qazansam və dövlətin qanunsuz hərəkət etdiyi təsdiqini tapsa, dərhal pasportumun geri verilməsini və məni saxlamaq cəhdlərinə son qoyulmasını gözləyəcəyəm".

Xatırladaq ki, C.Assanj 2012-ci ilin iyunundan Ekvadorun Böyük Britanniyadakı səfirliyinə sığınıb.

Britaniya polisi isə bildirib ki, Ekvador səfirliyindən çıxacağı halda onu həbs edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi