BMT-nin İnsan Hüquqları Şurasının baş katibinin köməkçisi: "Krım tatarlarının vəziyyəti pisləşir"

BMT-nin İnsan Hüquqları Şurasının baş katibinin köməkçisi: "Krım tatarlarının vəziyyəti pisləşir" "Krım tatarlarına qarşı zorakılıq və təzyiq aktları keçmişdə də baş verib"
Digər ölkələr
8 Dekabr , 2015 10:05
BMT-nin İnsan Hüquqları Şurasının baş katibinin köməkçisi: Krım tatarlarının vəziyyəti pisləşir

Bakı. 8 dekabr. REPORT.AZ/ Qarşıdakı günlərdə Birləşmiş Millətlər Təşkilatı Ukraynada insan hüquqlarının vəziyyətinə dair növbəti hesabatını təqdim edəcək. "Report" xəbər verir ki, bu barədə qurumun İnsan Hüquqları Şurasının baş katibinin köməkçisi İvan Şimonoviç Nyu-Yorkda keçirdiyi mətbuat konfransında məlumat verib.

O, həmçinin Krım tatarlarının vəziyyətinin pisləşməsi ilə bağlı narahatlığını bildirib. İ.Şimonoviçin sözlərinə görə, hesabatda Krım haqqında da məlumat olacaq: "Biz Baş Assambleyanın Ukraynanın, o cümlədən Krımın ərazi bütövlüyü haqqındakı qətnaməsini rəhbər tutacağıq".

Baş katibin köməkçisi Krım tatarlarının vəziyyətinin pisləşdiyini qeyd edib: "Problemin böyüməsinin səbəbi çoxlarında Krımın, elektrik enerjisi də daxil olmaqla, təchizatla bağlı problemlərində Krım tatarlarının rolunun olması təəssüratının yaranmasıdır. Xüsusi qeyd edirəm: təəssürat. Mən də problemin böyüməsindən danışıram. Belə ki, Krım tatarlarına qarşı zorakılıq və təzyiq aktları keçmişdə də baş verib".

BMT nümayəndəsi bildirib ki, yarımadada krım-tatar KİV-ləri bağlanılır, Krım tatarlarının liderləri Cəmilyev və Çubarov Krıma qayıda bilmir. O qeyd edib ki, ara-sıra Krım tatarlarının itkin düşməsi və öldürülməsi faktları olsa da, günahkarlar tapılıb cəzalandırılmayıb.

Son xəbərlər

Orphus sistemi