BMT-nin İnsan Haqları Şurası rohinca müsəlmanları ilə bağlı vəziyyət üzrə xüsusi iclas keçirmək niyyətindədir

Digər ölkələr
  • 27 noyabr, 2017
  • 13:39
BMT-nin İnsan Haqları Şurası rohinca müsəlmanları ilə bağlı vəziyyət üzrə xüsusi iclas keçirmək niyyətindədir

Bakı. 27 noyabr. REPORT.AZ/ BMT-nin İnsan Haqları Şurası (İHŞ) Myanmada rohinca müsəlmanlarına qarşı törədilən cinayətlərə dair xüsusi iclas keçirəcək.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatlı mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, xüsusi iclas dekabrın 5-də olacaq.

Qeyd edək ki, Myanmanın Arakan ştatında yerli buddistlərlə rohinca müsəlmanları arasında dini zəmində dəfələrlə münaqişə yaşanıb. Son belə gərginlik avqustun 25-də baş verib. O vaxtdan bəri Myanmada təqibdən qaçan 613 min müsəlman qonşu Banqladeşə sığınıb. Banqladeşdə rohinca müsəlmanlarının ümumi sayı 826 minə çatıb.

44 filmi