BMT-nin hərbi tribunalı Srebrenitsada qırğın işi üzrə hökmü qüvvədə saxlayıb

BMT-nin hərbi tribunalı Srebrenitsada qırğın işi üzrə hökmü qüvvədə saxlayıb Hadisə Holokostdan bəri Avropada baş verən ən dəhşətli vəhşilik sayılır
Digər ölkələr
30 Yanvar , 2015 22:08
BMT-nin hərbi tribunalı Srebrenitsada qırğın işi üzrə hökmü qüvvədə saxlayıb

BAKI. 30 yanvar. REPORT.AZ/ BMT-nin hərbi tribunalı Srebrenitsa qırğını ilə bağlı məhkum edilmiş 5 nəfərin işi üzrə appelyasiya iddiasını rədd edib.

"Rerort" BBC-yə istinadla xəbər verir ki, 1995-ci ildə üç gün ərzində Srebrenitsa şəhərində təxminən 8 min bosniya sakini qətlə yetirilib. Hadisə Holokostdan bəri Avropada baş verən ən dəhşətli vəhşilik sayılır.

5 nəfər soyqırım ittihamı da daxil olmaqla 2010-cu ildə onlara qarşı çıxarılan hökmlərə etiraz edirlər. Onlar 1995-ci ildə Bosniya Serb Ordusunda yüksək rütbəli vəzifə sahibi olublar.

Sabiq Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Balkanlarda hərbi cinayətlərin araşdırılması üçün təsis edilib.

Son xəbərlər

Orphus sistemi