BMT-nin Əfqanıstandakı missiyasının müddəti daha bir il uzadılıb

BMT-nin Əfqanıstandakı missiyasının müddəti daha bir il uzadılıb BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) fəaliyyət müddətini daha bir il, yəni 2020-ci ilin 17 sentyabr tarixinədək uzatmaq barədə qətnamə çıxarıb.
Digər ölkələr
17 Sentyabr , 2019 21:04
BMT-nin Əfqanıstandakı missiyasının müddəti daha bir il uzadılıb

BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) fəaliyyət müddətini daha bir il, yəni 2020-ci ilin 17 sentyabr tarixinədək uzatmaq barədə qətnamə çıxarıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yekdilliklə qəbul olunan qətnamədə bildirilir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft prezident Məhəmməd Əşrəf Qəninin seçki kampaniyası tədbirlərinə qarşı törədilən terror hücumlarını pislədiklərini deyib.

O, sözügedən qərarla Əfqanıstanda seçkiləri dəstəkləmək, həmçinin sülh və əmin-amanlığa, insan hüquqları təminatına töhfə verməklə bağlı missiyanın səlahiyyətlərinin genişlənmiş olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi