Bakı. 29 noyabr. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Nigeriyada törədilən qanlı terror aktlarını pisləyib.
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün törədilən partlayışlar nəticəsində 120 nəfər həlak olub, ən azı 270 nəfər yaralanıb.
Terror aktı ölkənin ən böyük şəhəri sayılan Kanoda baş verib. Partlayışı hansı təşkilatın törətdiyi hələlik məlum deyil.