BMT-nin baş katibi Məhəmməd Mursi barəsində verilən ölüm hökmündən narahatdır

BMT-nin baş katibi Məhəmməd Mursi barəsində verilən ölüm hökmündən narahatdır "Baş katib başa düşür ki, məhkəmə qərarı hələ dəyişdirilə bilər bə prosesləri diqqətlə izləyir".
Digər ölkələr
19 May , 2015 00:48
BMT-nin baş katibi Məhəmməd Mursi barəsində verilən ölüm hökmündən narahatdır

Bakı. 19 May. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun, Misirin sabiq prezidenti Məhəmməd Mursi barəsində verilən ölüm hökmündən narahatdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə baş katibinin rəsmi nümayəndəsi Farhan Hak bildirib.

F.Hakın sözlərinə görə, BMT ümumilikdə ölüm hökmünün əleyhinədir: "Baş katib başa düşür ki, məhkəmə qərarı hələ dəyişdirilə bilər və prosesləri diqqətlə izləyir".

Mayın 16-da Qahirə Məhkəməsi casusluq, həbsxanadan qaçış, 2011-ci ilin əvvəllərində kütləvi xalq iğtişaşları zaman hüquq-mühafizə orqanları qüvvələrinə hücumların təşkili ilə bağlı iş üzrə şübhəli bilinən 105 şəxs barəsində ibtidai ölüm hökmü çıxarıb. Bu şəxslər arasında sabiq prezident Məhəmməd Mursinin də adı çəkilir.

Son xəbərlər

Orphus sistemi