BMT-nin baş katibi Kataloniya məsələsinin İspaniya konstitusiyası çərçivəsində həllinə çağırıb

BMT-nin baş katibi Kataloniya məsələsinin İspaniya konstitusiyası çərçivəsində həllinə çağırıb Bu barədə Baş katibin rəsmi nümayəndəsi Farxan Xak deyib
Digər ölkələr
27 Oktyabr , 2017 23:40
BMT-nin baş katibi Kataloniya məsələsinin İspaniya konstitusiyası çərçivəsində həllinə çağırıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quttereş İspaniya və Kataloniya hokumətlərini regionun statusu ilə bağlı məsələnin ölkə konstitusiyası çərçivəsində həllinə çağırıb.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Fərhan Hak deyib.

“Biz cərəyan edən hadisələri izləməyə çalışırıq. Hal-hazırda baş katib bütün tərəfləri məsələnin həllini İspaniya konstitusiyası çərçivəsində və mövcud siyasi, hüquqi kanallardan istifadə etməklə tapmağa çağırır", - deyə o bildirib. 

Son xəbərlər

Orphus sistemi