Bakı. 27 iyun. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun İraqın baş naziri Heydər əl-Abadini Əl-Fəlluca şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi münasibəti ilə təbrik edib.
"Report" xəbər verir ki, şəhərin tamamilə azad olunduğunu bazar günü əməliyyatların komandanı Əbdül Vəhhab əs-Səədi bəyan edib.
Bağdadın qərbində yerləşən şəhər 2014-cü ilin əvvəlindən terrorçuların nəzarəti altında idi.
"Baş katib Pan Gi Mun ərazilərin İŞİD-in nəzarətindən azad olunmasında İraq təhlükəsizlik qüvvələrinin əldə etdiyi nailiyyəti alqışlayıb", — deyə BMT-nin rəsmi bəyanatında bildirilir.