BMT Myanmada Rohingya müsəlmanlarına qarşı əməliyyatı etnik təmizləmə adlandırıb

BMT Myanmada Rohingya müsəlmanlarına qarşı əməliyyatı etnik təmizləmə adlandırıb BMT komissarı: "Rohingya müsəlmanlarına qarşı amansız ayrı-seçkiliyə son qoymağa çağırıram"
Digər ölkələr
11 Sentyabr , 2017 15:45
BMT Myanmada Rohingya müsəlmanlarına qarşı əməliyyatı etnik təmizləmə adlandırıb
REUTERS

Bakı. 11 sentyabr. REPORT.AZ/ Myanma hökumətinin Rohingya müsəlmanlarına qarşı hərbi əməliyyatı klassik etnik təmizləmə nümunəsidir. 

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin İnsan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn Cenevrədə BMT-nin İnsan hüquqları şurasının 36-cı sessiyasının açılışında bildirib.

"Myanma insan hüquqları pozuntularının araşdırılması üçün imkan vermədiyinə görə vəziyyəti tam qiymətləndirmək mümkün deyil, lakin o, deyəsən, xrestomatik etnik təmizləmə nümunəsi kimi görünür", - Zeyd Raad əl-Hüseyn bildirib.

O, hökuməti müsəlmanlar və Myanma ordusu arasında toqquşmaların baş verdiyi ştata BMT nümayəndələrinin çıxışını təmin etməyə çağırıb.

"Myanma hökuməti Rohingya müsəlmanlarının öz evlərini yandırması və kəndlərini dağıtması barədə uydurmasından əl çəkməlidir. Reallığın bu cür tam inkarı dövlətin beynəlxalq nüfuzuna böyük zərbə vurur", - əl-Hüseyn bildirb.

"Mən hökuməti apardığı amansız hərbi əməliyyata son qoymağı, bütün günahkarları məsuliyyətə cəlb etməyə və Rohingya müsəlmanlarına qarşı amansız ayrı-seçkiliyə son qoymağa çağırıram", - komissar əlavə edib.

Son xəbərlər

Orphus sistemi