BMT: Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötüb

BMT: Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötüb Bu barədə BMT məruzəçisi xəbər verib
Digər ölkələr
5 Sentyabr , 2017 02:46
BMT: Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötüb
Ansar.ru

Bakı. 5 sentyabr. REPORT.AZ/ Avqustun 25-dən bu günə kimi Myanmada  baş verən zorakılıqlar nəticəsində öldürülənlərin sayı 1000 nəfəri ötüb.

"Report"un məlumatına görə, bu barədə BMT-nin xüsusi məruzəçisi Yanhi Liy "The Hindu nəşri"nə müsahibəsində xəbər verib.

"Myanmada vəziyyətin kəskinləşməsi ilə əlaqədar roxinja xalqının nümayəndələri ilə hökumət qoşunları arasında toqquşmaları zamanı 1000-dən çox insan öldürülüb", - deyə o bildirib.

Məlumata görə, daha 20 min insan yaşayış yerindən qovulub və Banqladeşlə sərhəd ərazisinə toplaşıb. 

Son xəbərlər

Orphus sistemi