BMT: Müharibə başlayandan Ukraynanı 13,8 milyon insan tərk edib

BMT: Müharibə başlayandan Ukraynanı 13,8 milyon insan tərk edib Hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynanı 13 milyon 81 min 621 nəfər tərk edib.
Digər ölkələr
27 Sentyabr , 2022 04:47
BMT: Müharibə başlayandan Ukraynanı 13,8 milyon insan tərk edib

Hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynanı 13 milyon 81 min 621 nəfər tərk edib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının saytı məlumat yayıb.

Onların 6,2 milyon nəfərdən çoxu Polşaya, 2,6 milyondan çoxu Rusiyaya, 1,4 milyondan çoxu Macarıstana, 1,2 milyondan çoxu Rumıniyaya, 798 mindən çoxu Slovakiyaya, 618 nəfəri Moldovaya, 16 705 nəfəri Belarusa gedib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri daxilində qondarma “Donetsk” və “Luqansk” xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

2022-ci il fevralın 24-də V.Putin televiziya ilə çıxışında Ukraynanın şərqindəki Donbasda “xüsusi hərbi əməliyyatın” başladığını elan edib. Bundan sonra Rusiya-Ukrayna müharibəsi başlayıb.

Son xəbərlər

Orphus sistemi