BMT: Liviyada minlərlə insan qanunsuz obyektlərdə saxlanılır

BMT: Liviyada minlərlə insan qanunsuz obyektlərdə saxlanılır Liviyada həbsxana və müvəqqəti təcridxanalarda rəsmi olaraq 12 mindən çox insan saxlanılır.
Digər ölkələr
19 Yanvar , 2022 06:17
BMT: Liviyada minlərlə insan qanunsuz obyektlərdə saxlanılır

Liviyada həbsxana və müvəqqəti təcridxanalarda rəsmi olaraq 12 mindən çox insan saxlanılır.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" BMT-nin Baş katibi Antoniu Quterreşə istinadən məlumat yayıb.

Bundan əlavə, daha minlərlə insan gizli obyektlərdə və ya silahlı qrupların nəzarətində olan obyektlərdə qeyri-qanuni olaraq acınacaqlı şəraitdə saxlanılır.

BMT-nin Liviyadakı siyasi missiyası hökumətin və digər qrupların idarə etdiyi obyektlərdə özbaşına saxlanma, işgəncə, cinsi zorakılıq və beynəlxalq hüququn digər növlərinin pozulması hallarını sənədləşdirməyə davam edir.

Təşkilat Liviyada miqrantların, qaçqınların və sığınacaq axtaranların hüquqlarının pozulmasından dərin narahatdır.

Son xəbərlər

Orphus sistemi