BMT: İran nüvə razılığına qismən əməl edir

BMT: İran nüvə razılığına qismən əməl edir İranın az zənginləşdirilmiş uran ehtiyatları son üç ayda azalmaq əvəzinə artıb
Digər ölkələr
19 Noyabr , 2015 05:28
BMT: İran nüvə razılığına qismən əməl edir

Bakı. 19 noyabr. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına əsasən, rəsmi Tehran nüvə silahı istehsalında istifadə oluna biləcək avadanlığı ixtisar etməyə başlayıb.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, BMT-nin məxfi hesabatında deyilir ki, Natanz mərkəzində 11 min 308 sentrifuqa var ki bu da oktyabrın 18-i nüvə razılığının qüvvəyə mindiyi vaxtla müqayisədə 3 min sentrifuqa azdır.

Bununla belə BAEA mütəxəssisləri hesab edir ki, Natanz nüvə mərkəzində uranın saflaşdırılması prosesində texnoloji sıçrayış edən İran alimləri minlərlə sentrifuqadan ibarət kaskadı yenidən işə qaytarıla biləcək vəziyyətdə saxlayır.

BMT-nin hesabatında habelə göstərilir ki, İranın az zənginləşdirilmiş uran ehtiyatları son üç ayda azalmaq əvəzinə artıb.

İyulun 14-də İran və dünya qüdrətləri arasında imzalanmış razılığa əsasən, İran nüvə proqramını ciddi şəkildə məhdudlaşdırmağa və sentrifuqaların sayını üçdə iki qədər azaltmağa söz verib.

Son xəbərlər

Orphus sistemi