Yuxarı
    Bağlamaq

    ​BMT Fransanın İŞİD-lə mübarizənin əlaqələndirilməsi üzrə qətnaməsini qəbul edib

    Qətnamədə bu təhlükə ilə qətiyyətlə mübarizə aparmağın zəruriliyi vurğulanır

    Bakı. 21 noyabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Fransanın Suriya və İraqda fəaliyyət göstərən İŞİD ("İraq-Şam İslam Dövləti") və digər terror qruplaşmaları ilə mübarizənin əlaqələndirilməsi və yeni terror hücumlarının qarşısının alınması üçün səylərin artırılması üzrə qətnaməsini qəbul edib.

    "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

    "İŞİD beynəlxalq sülh və təhlükəsizlik üçün qlobal və misilsiz təhlükə kəsb edir", — deyə sənəddə bildirilir.

    Qətnamədə "bu misilsiz təhlükə ilə bütün vasitələrdən istifadə etməklə" qətiyyətlə mübarizə aparmağın zəruri olduğu vurğulanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi