Yuxarı

BMT Fələstini müstəqil ölkə kimi bu gün tanıya bilər

Rəsmi Vaşington Fələstin qətnaməsinin qəbuluna qarşı olduğunu bəyan edib

Bakı. 31 dekabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin dövlət kimi tanınmasını nəzərdə tutan qətnamənin müzakirəsi bu gün baş tutacaq.

"Report"-un verdiyi xəbərə görə, rəsmi Vaşington bir sıra Ərəb dövləti tərəfindən gündəmə gətirilən Fələstin qətnaməsinin qəbul olunmasına qarşı olduğunu bəyan edib .

ABŞ-nın BMT-dəki rəsmi nümayəndəsi Cef Ratke bildirib ki sözü gedən sənəd Birləşmiş Millətlər Təşkilatının gündəliyinə "vaxtından tez" salınıb.

"Bu qətnamənin dəstəkləməyəcəyik. Bir çoxlarə hesab edir ki bu sənəd vaxtından tez müzakirəyə çıxarılıb ve qeyri konstruktivdir" deyən Ratke, rəsmi Vaşinqtonun veto hüququndan istifadə edib etməyəcəyi haqda sulları isə cavabsız qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi