BMT: “Əfqanıstanda hər üç sakindən biri qida çatışmazlığı ilə üzləşib”

BMT: “Əfqanıstanda hər üç sakindən biri qida çatışmazlığı ilə üzləşib” Birləşmiş Millətlər Təşkilatı (BMT) sentyabrın 13-də İsveçrənin Cenevrə şəhərində Əfqanıstan üçün nazirlər səviyyəsində humanitar konfrans keçirəcək.
Digər ölkələr
5 Sentyabr , 2021 04:12
BMT: “Əfqanıstanda hər üç sakindən biri qida çatışmazlığı ilə üzləşib”

Birləşmiş Millətlər Təşkilatı (BMT) sentyabrın 13-də İsveçrənin Cenevrə şəhərində Əfqanıstan üçün nazirlər səviyyəsində humanitar konfrans keçirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.

S.Dujarrik BMT baş katibi Antoniu Quterreşin konfransda iştirak etmək üçün Cenevrəyə gedəcəyini deyib: “BMT-nin Əfqanıstanda humanitar yardım missiyasını davam etdirməsi üçün 1,3 milyard ABŞ dollar məbləğində maliyyə dəstəyinə ehtiyacı var, lakin bu günə qədər həmin maliyyənin yalnız 39 faizi toplanıb”.

BMT rəsmisi Əfqanıstanda 38 milyon insanın humanitar fəlakət riski ilə qarşı-qarşıya olduğunu, hər üç əfqandan birinin qida çatışmazlığı ilə üzləşdiyini deyib: “Problem həllini tapmasa, Əfqanıstanda 5 yaşadək uşaqların yarısının qarşıdakı 12 ay ərzində qidalanmadan əziyyət çəkəcəyi təxmin edilir”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi