Yuxarı
    Bağlamaq

    BMT: Dünyada bütün ölüm hökmlərinin 89 faizi İran, Pakistan və Səudiyyə Ərəbistanının payına düşür

    Edamların sayı əhəmiyyətli dərəcədə artıb

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ölüm hökmü və onun qurbanlarına həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib.

    "Report" xəbər verir ki, müzakirələrin moderatoru BMT Baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviç olub.

    O bildirib ki, hazırda dünyada ölüm hökmünə olan münasibəti çətin ki, birmənalı adlandırmaq olar:

    "Bəşər tarixində heç vaxt ölüm hökmünün bu qədər ölkə tərəfindən ləğv edildiyi hal olmayıb. Digər tərəfdən, əgər biz 2014 və 2015-ci illərin göstəricilərini müqayisə etsək, o zaman qeydə alınan edamların sayının əhəmiyyətli dərəcədə artdığını görərik. Yəni qarışıq tendesiyalardan danışmaq olar".

    BMT-nin məlumatına görə, dünyada təqribən 170 ölkə var ki, ya ölüm kökmünü ləğv edib, ya da heç zaman onu tətbiq etməyib. Bununla yanaşı, bütün ölüm hökmlərinin 89 faizi üç ölkədə – İran, Pakistan və Səudiyyə Ərəbistanında həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi