BMT beynəlxalq terrorçuluğa qarşı mübarizəyə dair qətnamə qəbul edib

BMT beynəlxalq terrorçuluğa qarşı mübarizəyə dair qətnamə qəbul edib Qətnamə terrorçulqda şübhəli bilinən şəxslərin siyahısı üzrə işdə və biometrik məlumatların toplanmasında birgə fəaliyyət nəzərdə tutu
Digər ölkələr
22 Dekabr , 2017 07:58
BMT beynəlxalq terrorçuluğa qarşı mübarizəyə dair qətnamə qəbul edib

Bakı. 22 dekabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası (TŞ) beynəlxalq terrorçuluğa qarşı mübarizənin fəallaşdırılması və münaqişə zonalarından qayıdan döyüşçülərlə bağlı tədbirlər haqqında qətnamə qəbul edib.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson deyib.

"Qətnamə özünü "İslam dövləti" adlandıran xilafətin süquta uğradığı və döyüşçülərin bütün dünyada terror aktları törətmək niyyətində olduqları bir zamanda, vaxtında qəbul edilib", - deyə R. Tillerson söyləyib.

Onun sözlərinə görə, qətnamə terrorçuluqda şübhəli bilinən şəxslərin siyahısı üzrə işi və biometrik məlumatların toplanmasında birgə fəaliyyəti nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi