​BMT baş katibinin təmsilçisi: "Suriya üzrə "B" planı müharibəyə qayıdışdır"

​BMT baş katibinin təmsilçisi: "Suriya üzrə "B" planı müharibəyə qayıdışdır" Stefan de Mistura: "İrəliləyişə nail olunmazsa, bütün məsələlər BMT-nin və Suriyanı dəstək beynəlxalq qrupunun müzakirəsinə çıxarılacaq"
Digər ölkələr
14 Mart , 2016 15:30
​BMT baş katibinin təmsilçisi: Suriya üzrə B planı müharibəyə qayıdışdır

Bakı. 14 mart. REPORT.AZ/ "Suriya üzrə yeganə "B" planı müharibəyə qayıdışdır".

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin xüsusi təmsilçisi Stefan de Mistura bu gün Cenevrədə Suriyadakı münaqişənin tənzimlənməsi ilə bağlı keçiriləcək görüşdən əvvəl bildirib.

"Əgər Suriya üzrə danşıqlarda irəliləyişə nail olunmazsa, o zaman bütün məsələlər BMT Təhlükəsizlik Şurası və Suriyanı dəstək beynəlxalq qrupunun müzakirəsinə çıxarılacaq", - deyə Stefan de Mistura vurğulayıb.

Qeyd edək ki, ABŞ rəsmiləri Suriya üzrə belə bir plana malik olduqlarını açıqlamışdılar.

Son xəbərlər

Orphus sistemi