Yuxarı

​BMT baş katibinin müavini: "5 mindən çox fələstinli, 70-ə yaxın israilli yaralanıb"

Yan Eliasson: Fələstin-İsrail münaqişəsi yenidən təhlükəli mərhələyə daxil olub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu il oktyabrın əvvəlindən İordan çayının Qərb sahilində, İsraildə və Qəzza zolağında baş verən toqquşmalar nəticəsində 5 mindən çox fələstinli, 70-ə yaxın israilli yaralanıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda BMT-nin baş katibinin birinci müavini Yan Eliasson qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib.

O qeyd edib ki, Fələstin-İsrail münaqişəsi yenidən təhlükəli mərhələyə daxil olub: "Oktyabrın 1-dən 21-dək 47 fələstinli, 7 israilli öldürülüb, 5 mindən çox fələstinli, 70-ə yaxın israilli yaralanıb". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi