BMT baş katibinin insan hüquqları üzrə köməkçisi Ukraynaya gedib

BMT baş katibinin insan hüquqları üzrə köməkçisi Ukraynaya gedib İvan Şimonoviç Ukraynanın şərq regionlarında olacaq
Digər ölkələr
12 Dekabr , 2014 09:56
BMT baş katibinin insan hüquqları üzrə köməkçisi Ukraynaya gedib

Bakı 12 dekabr. REPORT.AZ/ BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şimonoviç beşgünlük səfərlə Ukraynaya gedib. "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki,  səfər zamanı o bu ölkədə İnsan Hüquqları üzrə Müşahidə Komissiyasının səkkizinci aylıq hesabatını təqdim edəcək və Ukraynanın şərq regionlarına gedəcək. 

 BMT baş katibinin insan hüquqları üzrə köməkçisi,  həmçinin Ukrayna hökuməti və mülki cəmiyyət nümayəndələri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır. 

Dekabrın 15-də Kiyevdə keçiriləcək mətbuat konfransında Ukraynada İvan Şimonoviç İnsan Hüquqları üzrə Müşahidə Komissiyasının səkkizinci aylıq hesabatını təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi