BMT baş katibi Yaxın Şərqə yollanır

BMT baş katibi Yaxın Şərqə yollanır Antoniu Quterriş Küveyt, İsrail və Fələstinə səfər edəcək
Digər ölkələr
25 Avqust , 2017 09:54
BMT baş katibi Yaxın Şərqə yollanır

Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 26-27-də BMT-nin baş katibi Antoniu Quterriş Yaxın Şərqə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə onun sözçüsü Stefan Düjarrik məlumat verib.

BMT baş katibi əvvəlcə Küveytə səfər edəcək və burada avqustun 27-də Əmir şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah və digər yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşəcək.

BMT başçısı Küveyt rəhbərliyi ilə bölgədəki vəziyyəti müzakirə edəcək. A.Quterriş həmçinin humanitar əməliyyatlarda göstərdiyi səxavətli dəstəyə görə Küveyt hökumətinə təşəkkür etmək niyyətindədir.

Avqustun 27-də axşam saatlarında baş katib İsrail və Fələstinə yollanacaq. O, burada hər iki tərəfin liderləri ilə sülh prosesinin perspektivlərini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi