BMT Baş katibi Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcək

Digər ölkələr
  • 10 yanvar, 2023
  • 17:48
BMT Baş katibi Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcək

BMT Baş katibi Antoniu Quterreş 53-cü Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

16-20 yanvar tarixlərində baş tutacaq forumda Quterreş bir çox dünya liderləri ilə görüşəcək və münaqişə bölgələri ilə bağlı dialoqlarda iştirak edəcək.