Yuxarı

BMT baş katibi Ukraynanın qərbində hərbi vəziyyətin yenidən gərginləşməsindən narahatdır

Pan Gi Mun Donetskdə avtobusun atəşə tutulmasını pisləyib

Bakı. 15 yanvar. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Donetskdə avtobusun atəşə tutulmasını pisləyib və hərbi vəziyyətin yenidən gərginləşməsindən narahatlığını bildirib. "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Pan Gi Mun hadisənin araşdırılmasına və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb. 

Xatırladaq ki, yanvarın 14-də avtobusun atəşə tutulması nəticəsində ən azı 11 nəfər həlak olub. 

Baş katib hesab edir ki, baş verən insident artıq 4800 insanın ölümünə gətirib çıxaran zorakılığın dayandırılması zərurətini göstərir. Münaqişə nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 

Pan Gi Mun bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və Minsk razılaşmalarının həyata keçirilməsinə qayıtmağa çağırıb. Onun sözlərinə görə, həmin razılaşmalar münaqişənin həlli üçün etibarlı əsas olaraq qalır.

BMT rəhbəri Ukrayna, Rusiya, Fransa və Almaniyanın bu istiqamətdəki diplomatik səylərinin davam etdiyini vurğulayıb və maraqlı tərəfləri sülhün bərpası və Ukraynanın sabitliyi, ərazi bütövlüyü və birliyinin bərpa olunması üçün yolların axtarışını davam etdirməyə çağırıb.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi