BMT Baş katibi Ukraynada səfərdədir

BMT Baş katibi Ukraynada səfərdədir BMT Baş katibi Antoniu Quterreş Ukraynada səfərdədir.
Digər ölkələr
7 Mart , 2023 18:06
BMT Baş katibi Ukraynada səfərdədir

BMT Baş katibi Antoniu Quterreş Ukraynada səfərdədir.

"Report"un ABŞ bürosu xəbər verir ki, Baş katib martın 8-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək.

Quterreş martın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına qayıdacaq.

Qeyd edək ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir.

Son xəbərlər

Orphus sistemi