BMT baş katibi Ukrayna ilə əlaqədar bir sıra daimi nümayəndələrlə əlaqə saxlayır

BMT baş katibi Ukrayna ilə əlaqədar bir sıra daimi nümayəndələrlə əlaqə saxlayır BMT-nin baş katibi Antoniu Quterreş Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkənın daimi nümayəndəsi ilə daimi əlaqə saxladığını bildirib.
Digər ölkələr
28 Yanvar , 2022 05:52
BMT baş katibi Ukrayna ilə əlaqədar bir sıra daimi nümayəndələrlə əlaqə saxlayır
Antoniu Quterreş

BMT-nin baş katibi Antoniu Quterreş Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkənın daimi nümayəndəsi ilə daimi əlaqə saxladığını bildirib.

“Report”un məlumatına görə, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik xəbər verib.

“Baş katib hərbi münaqişənin olacağına inanmır. O və komandası bu məsələ ilə bağlı müvafiq ölkələrin daimi nümayəndələri ilə əlaqə saxlayır”, - Quterreş deyib.

Düjarrik qeyd edib ki, BMT-nin baş katibi Ukrayna ətrafındakı vəziyyəti diqqətlə izləyir.

Onun sözlərinə görə, təmaslar zamanı Quterreş diplomatik səyləri aktivləşdirməyə çağırır. “Diplomatiyanın razılaşdırılmış kanalları, çərçivələri, metodları var ki, onlardan istifadə davam etdirilməlidir”, - baş katibin nümayəndəsi bildirib.

Quterreş Ukraynada gərginliyin azaldılması üçün hər cür səy göstərəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi