BMT baş katibi Suriyadakı vəziyyəti daimi nümayəndələrlə müzakirə edib

BMT baş katibi Suriyadakı vəziyyəti daimi nümayəndələrlə müzakirə edib Bakı. 12 aprel. REPORT.AZ/ BMT baş katibi Antoniu Quttereş Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin nümayəndələri ilə Suriyadakı vəziyyəti müzakirə edib.
Digər ölkələr
12 Aprel , 2018 05:57
BMT baş katibi Suriyadakı vəziyyəti daimi nümayəndələrlə müzakirə edib
BMT-nin baş katibi Antoniu Quterriş / REUTERS/ Denis Balibouse

Bakı. 12 aprel. REPORT.AZ/ BMT baş katibi Antoniu Quttereş Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin nümayəndələri ilə Suriyadakı vəziyyəti müzakirə edib.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Quttereş BMT Təhlükəsizlik Şurası üzvlərinin Suriyada kimyəvi silahdan istifadə edilməsində razılığa gələ bilməmələrinə görə təəssüfünü ifadə edib.

"Mən çıxılmaz vəziyyət riskləri ilə bağlı dərin narahatlığımı bir daha bildirmək üçün bu gün Təhlükəsizlik Şurasının beş daimi səfirinə zəng etdim və vurğuladım ki, vəziyyətin nəzarətdən çıxmasından qaçmaq lazımdır", - deyə BMT baş katibi bildirib.

Daha əvvəl məlum olub ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının icra şurası aprelin 16-da Suriya ilə bağlı görüş keçirəcək.

Son xəbərlər

Orphus sistemi