BMT baş katibi: "Suriyada münaqişə qurbanlarının sayı 300 min nəfəri keçib"

BMT baş katibi: "Suriyada münaqişə qurbanlarının sayı 300 min nəfəri keçib" Pan Gi Mun: "Münaqişə nəticəsində Suriya əhalisinin yarısı ölkədən qaçıb, infrastruktur dağılıb"
Digər ölkələr
420
21 Sentyabr , 2016 19:05
BMT baş katibi: Suriyada münaqişə qurbanlarının sayı 300 min nəfəri keçib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Suriyada münaqişə qurbanlarının sayı 300 min nəfəri keçib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun qurumun Təhlükəsizlik Şurasının iclasında nazirlər qarşısında çıxşında bildirib.

"2011-ci ildən davam edən münaqişə nəticəsində Suriya əhalisinin yarısı ölkədən qaçıb, infrastruktur dağılıb. Şuranın hər bir üzvü, beynəlxalq ictimaiyyət Suriyadakı kollektiv uğursuzluqdan xəbərdar olmalıdır", - deyə baş katib vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl BMT Suriyada 250 mindən çox insanın həlak olduğu haqqında açıqlama verib. 

Son xəbərlər

Orphus sistemi