BMT-nin Baş katibi Antoniu Quterreş Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasının narahatlıq doğurduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı
“Suriyanın suverenliyi və ərazi bütövlüyünün son dövrlərdə genişmiqyaslı pozulması dərin narahatlıq doğurur. İctimai asayişin qorunması zamanı Suriyada etibarlı, nizamlı və inklüziv keçid mexanizmlərinin dəstəklənməsi son dərəcə vacibdir”, – Quterreş nəql edib.
Qeyd edək ki, daha əvvəl BMT-nin Baş katibi Antoniu Quterreş Türkiyənin xarici işlər naziri Hakan Fidanla Suriyadakı durumu müzakirə etmişdi.
Xatırladaq ki, Suriya Ərəb Respublikasında Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlayıb. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olub. Dəməşqin süqutundan əvvəl döyüşçülər Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçiriblər.