Yuxarı
    Bağlamaq

    BMT baş katibi İsrailin Fələstində məskunlaşmanı leqallaşdırmasını qanunsuz adlandırıb

    Antoniu Qutteriş: Bu qanun beynəlxalq qanunvericiliyin pozulmasıdır

    Bakı. 8 fevral. REPORT.AZ/ BMT baş katibi Antoniu Qutteriş İsrail parlamentinin Fələstin ərazisində qəsəbələrin tikintisinin leqallaşdırılmasını beynəlxalq qanunvericiliyin pozulması adlandırıb.

    "Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında xəbər verilir.

    "Bu qanun beynəlxalq qanunvericiliyin pozulmasıdır və onun ciddi fəsadları İsraili ardınca aparacaq" – deyə Qutteriş bildirib.

    O, həmçinin "İki xalq üçün iki dövlət" planına təsir edə biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

    Qeyd edək ki, İsrail parlamenti Fələstinin ərazisində qəsəbələrin qanuniləşməsi haqqında qanun qəbul edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi