BMT baş katibi Cənubi Koreyada prezident postu uğrunda mübarizə apara bilər

BMT baş katibi Cənubi Koreyada prezident postu uğrunda mübarizə apara bilər Pan Gi Mun Cənubi Koreyadakı vəziyyəti "olduqca mürəkkəb" adlandırıb
Digər ölkələr
17 Dekabr , 2016 10:50
BMT baş katibi Cənubi Koreyada prezident postu uğrunda mübarizə apara bilər

Bakı. 17 dekabr. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Cənubi Koreyada prezident postu uğrunda mübarizə apara bilər.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, yanvarın 1-də səlahiyyətləri başa çatandan və bir neçə günlük istirahətdən sonra vətəninə qayıdacağını bildirib. 

Baş katib prezidentlik iddiaları haqqında sualları cavablandırmasa da, öz ölkəsinə yardım etmək yolları haqqında düşündüyünü söyləyib və Cənubi Koreyadakı vəziyyəti "olduqca mürəkkəb" adlandırıb. 

Qeyd edək ki, Cənubi Koreyada növbəti prezident seçkiləri 2017-ci ilin dekabr ayında baş tutmalıdır. Lakin Konstitusiya Kəhkəməsi Pak Kın Xeni hakimiyyətdən uzaqlaşdırmaq barədə qərar qəbul edərsə, seçkilər həmin qərardan 60 gün sonra keçirilməlidir.  

Son xəbərlər

Orphus sistemi