BMT baş katibi Türkiyəyə səfər edib

BMT baş katibi Türkiyəyə səfər edib BMT baş katibi Antoniu Quterreş Türkiyədə səfərdədir.
Digər ölkələr
21 İyul , 2022 23:19
BMT baş katibi Türkiyəyə səfər edib

BMT baş katibi Antoniu Quterreş Türkiyəyə səfər edib.

"Report" xəbər verir ki, baş katib artıq İstanbuldadır.

Quterreş iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması sazişinin imzalanma mərasiminə qatılacaq.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

İmzalanma mərasimi İstanbulun Dolmabahçe sarayında keçiriləcək.

20:29

BMT baş katibi Antoniu Quterreş Türkiyəyə gedir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, baş katib Ukraynanın ərzaq məhsullarına, Rusiya ərzaq və gübrələrinə tam qlobal çıxışı təmin etmək səyləri çərçivəsində bu axşam Türkiyəyə səfər edəcək.

Son xəbərlər

Orphus sistemi