BMT Baş katibi ABŞ dövlət katibi ilə görüşüb
Digər ölkələr
- 28 aprel, 2023
- 01:29
BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
"Report"un ABŞ bürosu xəbər verir ki, ikili görüşdə Sudandakı münaqişə, Əfqanıstanda mövcud vəziyyət və Rusiyanın Ukraynaya qarşı apardığı müharibə məsələləri müzakirə edilib.
A. Quterreş və E.Blinken görüşdə Sudanda baş verən münaqişənin tez zamanda dayandırılması və atəşkəsin kritik əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar.
Baş katib eyni zamanda ABŞ rəsmisinə onun və BMT-nin digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığını bildirib.
İkili görüşdə ev sahibi ölkə sazişi ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.
Son xəbərlər
13:47
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması üçün mühüm addımlar atılıb - RƏY
Daxili siyasət13:40
Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazanıb
Fərdi13:34
Küveytdə İran PUA-ları hökumət obyektinə hücum edib
Digər ölkələr13:29
Azərbaycanda icbari sığorta bazarı 23 %-dən çox kiçilib
Maliyyə13:22
Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib
Region13:21
Frank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib
Futbol13:19
Azərbaycan manatının dövretmə sürəti iyunda artıb
Maliyyə12:57
Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb
Hadisə12:40