BMT Baş Assambleyasının səlahiyyəti başa çatan ilk türk rəhbəri alqışlarla yola salınıb

BMT Baş Assambleyasının səlahiyyəti başa çatan ilk türk rəhbəri alqışlarla yola salınıb Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti olmuş ilk türk diplomat Volkan Bozkır BMT-nin Nyu-Yorkdakı baş qərargah binasında təşkil olunan simvolik mərasimlə yola salıb.
Digər ölkələr
15 Sentyabr , 2021 07:45
BMT Baş Assambleyasının səlahiyyəti başa çatan ilk türk rəhbəri alqışlarla yola salınıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti olmuş ilk türk diplomat Volkan Bozkır BMT-nin Nyu-Yorkdakı baş qərargah binasında təşkil olunan simvolik mərasimlə yola salıb.

“Report”un yerli bürosu xəbər verir ki, BMT baş katibi Antoniu Quterreşin də qatıldığı mərasimdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev də daxil olmaqla, bir çox ölkələrin diplomatları iştirak ediblər.

Tədbirdə vida nitqi ilə çıxış edən V.Bozkır vəzifəsini çətin pandemiya şəraitində icra etdiyini, bu müddətdə tarixi qərarlara imza atdığını bildirib. Diplomat BMT baş katibi Quterreşlə birlikdə çalışdığı müddətdən məmnunluq duyduğunu dilə gətirib və ona təşəkkür edib.

V.Bozkır eyni zamanda prezidentliyi dövründə ona göstərdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və onun bu vəzifəyə namizədliyini irəli sürən xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib.

V.Bozkır çıxışında fəaliyyəti müddətində qarşılaşdığı maraqlı hadisələrdən də danışıb, diplomatlarla xoş xatirələrini bölüşüb.

Çıxışdan sonra sabiq prezident diplomatlarla təkbətək görüşüb və xüsusi hazırlanmış “UNGA75” yazılı stendin önündə onlarla xatirə şəkli çəkdirib.

V.Bozkır BMT-dən alqışlarla yola salınıb.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi