BMT Baş Assambleyasının növbəti sessiyasına sədri seçilib

BMT Baş Assambleyasının növbəti sessiyasına sədri seçilib BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək 74-cü sessiyasına sədr Nigeriyanın təşkilatdakı daimi nümayəndəsi Ticcani Məhəmməd-Bande seçilib.
Digər ölkələr
4 İyun , 2019 20:59
BMT Baş Assambleyasının növbəti sessiyasına sədri seçilib

BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək 74-cü sessiyasına sədr Nigeriyanın təşkilatdakı daimi nümayəndəsi Ticcani Məhəmməd-Bande seçilib.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, Ticcani Məhəmməd-Bande seçildikdən sonra söylədiyi nitq zamanı sədrliyi dövründə əsas diqqəti sülh və təhlükəsizlik, yoxsulluq və təhsil, aclıqla mübarizə, iqlim dəyişiklikləri kimi məsələlərə ayıracağını bildirib.

Qeyd edək ki, Ticcani Məhəmməd-Bande 1989-1990-cu illərdə BMT-nin Baş Assambleyasında sədr olmuş Cosef Nanven Qarbadan sonra Nigeriyanın bu kürsüdəki ikinci nümayəndəsidir.

Son xəbərlər

Orphus sistemi