BMT Baş Assambleyası Krımla bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Krımla bağlı qətnamə qəbul edib Bakı. 23 dekabr. REPORT.AZ/ BMT Baş Assambleyası Ukraynanın Krımda insan haqlarının pozulması ilə bağlı qətnaməsini qəbul edib.
Digər ölkələr
120
23 Dekabr , 2018 09:35
BMT Baş Assambleyası Krımla bağlı qətnamə qəbul edib

Bakı. 23 dekabr. REPORT.AZ/ BMT Baş Assambleyası Ukraynanın Krımda insan haqlarının pozulması ilə bağlı qətnaməsini qəbul edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, səsvermə zamanı 65 ölkə sənədin lehinə, 27-si isə əleyhinə səs verib, 70 ölkə bitərəf qalıb.

Baş Assambleyanın iclasında çıxış edən Rusiya daimi nümayəndəliyinin təmsilçisi qətnamənin son dərəcə siyasiləşdirildiyini, etibarsız və saxtalaşdırılmış məlumatlara əsaslandığını bildirib.

Daha əvvəl BMT Baş Assambleyası "Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərinin, Qara və Azov dənizlərinin bölgələrinin hərbiləşdirilməsi problemi" barədə qətnamə qəbul edib.

Son xəbərlər

Orphus sistemi