Yuxarı
    Bağlamaq

    BMT Avropada qaçqınların qəbulu ilə bağlı şəraitdən narazıdır

    Sərhədlərdə miqrantlar üçün girişi qadağan etmək və onlara qarşı kobud davranmaq halları qeydə almaqdayıq

    Bakı. 28 fevral. REPORT.AZ/ BMT miqrantların Avropa İttifaqı ərazisinə girişi zamanı onlar üçün cürbəcür maneələrin yaradılmasından narahatdır.

    "Report" xəbər verir ki, bu barədə BMT Ali кomissarının Qaçqınlarla İş üzrə İdarəsinin hesabatında bildirilir.

    "Biz Avropa və beynəlxalq hüququn kollektiv şəkildə geri göndərməni qadağan etməsinə baxmayaraq, hökumətlər tərəfindən sərhədlərdə miqrantlar üçün girişi qadağan etmək və onlara qarşı kobud davranmaq hallarını qeydə almaqdayıq... Avropada olan, müharibə və zorakılıqdan qorunmaq üçün yer axtaran qaçqınların öz ailələrinə qovuşmaq hüquqları var, lakin təcrübədə onlar çoxsaylı maneələrlə üzləşirlər. Miqrantların böyük hissəsi şimal sərhədlərində qonşu ölkələr tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən İtaliyada qalmaq məcburiyyətindədirlər....Biz qaçaqmalçıların və digər kriminal şəbəkələrin vəziyyətdən sui-istifadə etmələrindən dərin narahatlıq hissi keçirdirik", - deyə sənəddə qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi