BMT “Anadolu”nun əməkdaşlarının saxlanılmasından narahatdır

BMT “Anadolu”nun əməkdaşlarının saxlanılmasından narahatdır BMT “Anadolu” agentliyi əməkdaşlarının Qahirədə saxlanılmasından narahatdır.
Digər ölkələr
16 Yanvar , 2020 03:02
BMT “Anadolu”nun əməkdaşlarının saxlanılmasından narahatdır

BMT “Anadolu” agentliyi əməkdaşlarının Qahirədə saxlanılmasından narahatdır.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

O, qeyd edib ki, beynəlxalq təşkilat hadisəni araşdırmaq niyyətindədir.

“Jurnalistlərin saxlanılması və həbsi xəbərləri həmişə narahatlığımıza səbəb olub. Biz bu məsələni araşdıracağıq”, - o deyib.

Misir polisi yanvarın 14-də axşam saatlarında "Anadolu" agentliyinin (AA) Qahirədəki ofisində reyd keçirib. Reyd zamanı agentliyin dörd əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb. Saxlanılanlar naməlum istiqamətə aparılıb.

Son xəbərlər

Orphus sistemi