BMT: Üç mindən çox miqrant Avropaya gedərkən boğulub və ya itkin düşüb

BMT: Üç mindən çox miqrant Avropaya gedərkən boğulub və ya itkin düşüb 2021-ci ildə 3 mindən çox qanunsuz miqrant Aralıq dənizi və Atlantik okeanı vasitəsilə Avropaya doğru keçmək istəyərkən boğulub və ya itkin düşüb.
Digər ölkələr
30 Aprel , 2022 07:10
BMT: Üç mindən çox miqrant Avropaya gedərkən boğulub və ya itkin düşüb

2021-ci ildə 3 mindən çox qanunsuz miqrant Aralıq dənizi və Atlantik okeanı vasitəsilə Avropaya doğru keçmək istəyərkən boğulub və ya itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) mətbuat katibi Şabia Mantu Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

BMT QAK-ın sözçüsü beynəlxalq ictimaiyyəti quru və dəniz yolu ilə təhlükəli səyahətlər zamanı qaçqınların və sığınacaq axtaranların qorunması üçün təcili dəstək verməyə çağırıb.

Onun sözlərinə görə, 2021-ci ildə Aralıq dənizində 1 924 nəfər və Şimali Afrikadan Kanar adalarına gedən 1 153 miqrant ölüb və ya itkin düşüb.

"Bu ilin əvvəlindən indiyədək daha 478 nəfər dənizdə ölüb və ya itkin düşüb", - Mantu qeyd edib.

Son xəbərlər

Orphus sistemi