Yuxarı
    Bağlamaq

    ​BMT: 2015-ci ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı 65,3 milyon nəfərə çatıb

    Ötən il qaçqınların sayı 2014-cü illə mqayisədə 5,8 milyon nəfər artıb

    Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyə qapılarını qaçqınların üzünə açan dövlətlərin siyahısına liderlik edir. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqladığı hesabatda bildirilib.

    Hesabata əsasən hazırda Türkiyədə 2,5 milyon nəfərə yaxın suriyalı qaçqın var. Siyahıya əsasən Pakistanda 1,6 milyon nəfər qaçqın yaşayır. Livanda 1,2 milyon, İranda isə 976 min 400 nəfər sığınacaq tapıb. Bu rəqəm Efiopiyada 736 min 100 nəfər, İordaniyada 664 min 100 nəfər təşkil edir.

    Hesabatda bildirilir ki, ötən il dünyada öz evlərini tərk etməyə məcbur olmuş qaçqın, məcburi köçkünlərin sayı 65,3 milyon nəfərə çatıb. 2015-ci ildə qaçqınların sayı 2014-cü illə mqayisədə 5,8 milyon nəfər artıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi