BMqT ABŞ-nin yardımı kəsdiyi üçün işçilərinin 20 %-ni ixtisar edir
- 15 mart, 2025
- 02:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ABŞ-dən ayrılan maliyyənin kəskin azalması fonunda Cenevrədəki qərargahındakı işçilərinin təxminən 20 %-ni ixtisar etmək məcburiyyətində qalıb.
"Report"un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, ixtisarlar təşkilatın baş ofisində çalışan 1 000-dən çox işçidən azı 200-nə təsir edəcək.
"Bu, daha çox ola bilər", - BMqT-dəki mənbə deyib.
Yeni ixtisarlar agentliyin Donald Tramp administrasiyası tərəfindən dayandırılmış qaçqınların köçürülməsi proqramında işləyən 3 000 əməkdaşa işdən çıxarılması barədə bildiriş göndərməsindən həftələr sonra baş verir.
Mənbələr bildiriblər ki, əsas ixtisarlar BMqT-nin tərəfdaşlıq proqramlarına və informasiya və kommunikasiya texnologiyaları şöbələrinə təsir edib.
BMqT sözçüsü AFP-yə verdiyi rəsmi şərhdə, təşkilatın səmərəliliyini artırmaq üçün mütənasib və balanslaşdırılmış azalmalar etməyə məcbur olduqlarını söyləyib.