"Bloomberg": "Avropa üçlüyü" Moskvada Rusiya ilə dialoq imkanını müzakirə edir

Digər ölkələr
  • 19 noyabr, 2026
  • 19:43
Bloomberg: Avropa üçlüyü Moskvada Rusiya ilə dialoq imkanını müzakirə edir

Fransa, Almaniya və Böyük Britaniya (E3 ölkələri, "Avropa üçlüyü") Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə qitənin mövqeyini müəyyən etmək üçün Moskvada Rusiya diplomatik komandası ilə görüş keçirmək imkanını müzakirə edir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, üç ölkədən birinin milli təhlükəsizlik üzrə müşaviri görüşü təşkil etmək məqsədilə son günlərdə Rusiya Federasiyası Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovla danışıqlar aparıb. Uşakov görüşün Moskvada keçirilməsini təklif edib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynadakı müharibəni müzakirə etmək və Avropanın mövqeyini müəyyənləşdirmək üçün avropalı nümayəndələri dəvət edib.

44 filmi