Blinken: Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır

Blinken: Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır ABŞ-ın Yaxın Şərqdəki maraqlarına və qoşunlarına qarşı hücumlara cavab tədbirləri bir neçə mərhələdən və uzun müddət çəkə bilər.
Digər ölkələr
30 Yanvar , 2024 04:28
Blinken: Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır

ABŞ-ın Yaxın Şərqdəki maraqlarına və qoşunlarına qarşı hücumlara cavab tədbirləri bir neçə mərhələdən və uzun müddət çəkə bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.

Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumu şərh edən Dövlət katibi deyib: "Biz Yaxın Şərqdəki hərbçilərimizi və maraqlarımızı qoruyacağıq”.

“Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır. ABŞ regionda vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışır”, - deyə Dövlət katibi əlavə edib.

O, həmçinin vurğulayıb ki, ABŞ İranla müharibəyə can atmır, lakin bölgədəki maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək və hücumlara cavabı sərt olacaq.

Son xəbərlər

Orphus sistemi