Blinken yaxın günlərdə Lavrovla danışmaq niyyətindədir

Blinken yaxın günlərdə Lavrovla danışmaq niyyətindədir ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmaq niyyətindədir.
Digər ölkələr
28 İyul , 2022 01:43
Blinken yaxın günlərdə Lavrovla danışmaq niyyətindədir

ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Amerikanın xarici siyasət idarəsinin rəhbərinin bəyanatında yer alıb.

“Gözləyirəm ki, yaxın günlərdə Ukraynada müharibə başlayandan ilk dəfə Rusiya XİN rəhbəri ilə danışacam. Bizi ən çox maraqlandıran məsələlərə - amerikalılar Pol Uilan və Britni Qrinerin azadlığa buraxılmasına toxunmaq istərdim. Söhbət zamanı Ukraynadan taxıl tədarükü ilə bağlı sövdələşməni müzakirə etmək niyyətindəyəm. Bunlar Ukrayna ilə bağlı danışıqlar olmayacaq ”, -bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi