Blinken: “Özbək tələbələrdən ilhamlandım”
- 03 mart, 2023
- 00:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistanda ingilis dilini öyrənən tələbələrlə görüş ABŞ dövlət katibi Entoni Blinkendə böyük təəssürat yaradıb.
“Report” xəbər verir ki, ABŞ rəsmisi bu barədə tviterdəki hesabında yazıb.
“Özbəkistanda ingilis dilini öyrənən və gələcəkləri üçün böyük planları olan tələbələrdən ilhamlandım. Biz onlara indiyədək ingilis dili təhsili üçün 25 milyon dollardan çox dəstək verməkdən, 15 000 ingilis dili müəlliminin hazırlanmasına çalışırıq və 10 000 məktəbi dil dərslikləri ilə təmin etməkdən qürur duyuruq”, - Blinken vurğulayıb.
Inspired by the students in Uzbekistan who are learning English and have big plans for their futures. We're proud to support them with $25 million+ for English education to date, working to train 15,000 English teachers, and providing 10,000 schools with language textbooks. pic.twitter.com/8hFAeLJcIr
— Secretary Antony Blinken (@SecBlinken) March 2, 2023