Blinken fransalı həmkarı ilə NATO-nun genişlənməsini müzakirə edib

Blinken fransalı həmkarı ilə NATO-nun genişlənməsini müzakirə edib ABŞ dövlət katibi Entoni Blinken yeni fransalı həmkarı Ketrin Kolonna ilk telefon danışığında Ukrayna, İsveç və Finlandiyanın NATO-ya üzv olmasına dəstəyi müzakirə ediblər.
Digər ölkələr
23 May , 2022 07:49
Blinken fransalı həmkarı ilə NATO-nun genişlənməsini müzakirə edib
Entoni Blinken

ABŞ dövlət katibi Entoni Blinken yeni fransalı həmkarı Ketrin Kolonna ilk telefon danışığında Ukrayna, İsveç və Finlandiyanın NATO-ya üzv olmasına dəstəyi müzakirə ediblər.

Bu barədə “Report” Dövlət Departamentinə istinadən xəbər verir.

Dövlət Departamenti təfərrüatları açıqlamadan əlavə etdi ki, Blinken və Kolonna ABŞ və Fransanın Aİ-yə üzv olmaq hüququ olan ölkələri dəstəkləmək üçün birgə atacağı addımları müzakirə ediblər.

Həmsöhbətlər həmçinin dünyada həssas vəziyyətlərdə olan milyonlarla insanın təcili ərzaq ehtiyaclarına və ərzaq təhlükəsizliyinə cavab vermək zərurəti ilə bağlı razılığa gəliblər.

Blinken və Kolonna həmçinin transmilli korporasiyaların mənfəətinə qlobal verginin tətbiqi ilə bağlı sazişlərin icrasını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi