Blinken: “Amerika Rusiyanın aqressiv hərəkətlərinə cavab verməyə hazırdır”

Blinken: “Amerika Rusiyanın aqressiv hərəkətlərinə cavab verməyə hazırdır” Blinken həmçinin, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov lə keçirdiyi görüşü konstruktiv adlandırıb
Digər ölkələr
24 May , 2021 03:35
Blinken: “Amerika Rusiyanın aqressiv hərəkətlərinə cavab verməyə hazırdır”
Entoni Blinken

“ABŞ Rusiya ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətin tərəfdarıdır. Fikrimizcə, bu hər iki ölkəyə və bütün dünyaya fayda verəcək”.

“Report”un məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken “CNN”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Amerika tərəfi mənafelərini qorumaq üçün Rusiyanın ehtiyatsız və aqressiv hərəkətlərinə cavab verməyə hazırdır.

“Nəticədə, Rusiya daha proqnozlaşdırıla bilən və sabit əlaqənin olması barədə qərarı özü verməlidir”.

Entoni Blinken həmçinin, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov lə keçirdiyi görüşü konstruktiv adlandırıb.

Son xəbərlər

Orphus sistemi