Blinken: "ABŞ və İran arasında nüvə proqramı ilə bağlı heç bir razılaşma yoxdur"

Digər ölkələr
  • 16 iyun, 2023
  • 17:25
Blinken: ABŞ və İran arasında nüvə proqramı ilə bağlı heç bir razılaşma yoxdur
Entoni Blinken

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı heç bir razılaşma yoxdur, məhbuslarla bağlı müzakirələr ayrıca aparılır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Nüvə dosyesi ilə bağlı razılaşma və məhbuslar məsələsi ilə bağlı bəzi xəbərlər doğru deyil", - Blinken bildirib.

İranda saxlanılan ABŞ vətəndaşları ilə bağlı məsələyə gəldikdə isə, dövlət katibi qeyd edib ki, burada fəallıq müşahidə olunur.