Blinken: "Ukraynaya qarşı aqressiv olacağı təqdirdə Rusiyaya sərt cavab veriləcək"

Blinken: "Ukraynaya qarşı aqressiv olacağı təqdirdə Rusiyaya sərt cavab veriləcək" "Rusiya birbaşa hərbi müdaxilə olmasa belə, ABŞ, eləcə də onun tərəfdaşları və müttəfiqləri vahid və sərt cavab verməyə hazırdır".
Digər ölkələr
137
21 Yanvar , 2022 18:17
Blinken: Ukraynaya qarşı aqressiv olacağı təqdirdə Rusiyaya sərt cavab veriləcək
Entoni Blinken

"Rusiya birbaşa hərbi müdaxilə olmasa belə, ABŞ, eləcə də onun tərəfdaşları və müttəfiqləri vahid və sərt cavab verməyə hazırdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Cenevrədə danışıqların yekunu olaraq bildirib.

Dövlət katibi onu da qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya ilə fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etməyə sadiqdir.

Blinken vurğulayıb ki, Rusiya ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə saziş layihəsi üzərində işləməyə davam etmək üçün Ukraynaya qarşı iddia olunan təcavüzünü dayandırmalıdır.

"İnanıram ki, qarşılıqlı təhlükəsizliyimizi təmin edən anlaşma sazişlərini birgə inkişaf etdirə bilərik. Amma bu, Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırıb-dayandırmamasından asılıdır. Buraya Ukrayna xalqının öz gələcəyini təyin etmək üçün suveren hüququnun məhdudlaşdırılması ilə bağlı məsələlər daxildir. Bu məsələdə heç bir sövdələşmədən söhbət gedə bilməz. Mən Lavrova təklif etdim və biz bunu dəfələrlə demişik ki, əgər Rusiya dünyanı Ukraynaya qarşı aqressiv niyyətlərinin olmadığına inandırmağa başlamaq istəyirsə, o zaman qüvvələrini sərhədlərdən çıxararaq deeskalasiyaya başlamalıdır", - Amerikalı diplomat deyib.

Son xəbərlər

Orphus sistemi